Yasamal rayonu, Haqverdiyev küçəsində, Mərkəzi Gömrük Hospitalı ilə üzbəüz (Avis aptekin binası) 2 otaqlı mənzil təcili olaraq satışa çıxarılıb. Mənzil 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir, sahəsi 55 m²-dir və orta təmirlidir. Elmlər Akademiyası metrosuna piyada cəmi 5 dəqiqəlik məsafədə, hər yerə çox yaxın və əlverişli lokasiyadadır. Binanın ətrafında məktəb, mağazalar və bütün lazımi iaşə obyektləri mövcuddur. Qiymətdə real müştərilərlə danışıq yeri olacaq.