Xətai və 28 May metrostansiyalarına yaxın, Mərkəzi Neftçilər xəstəxanasının arxasında, 17 mərtəbəli yeni tikili binanın 4-cü mərtəbəsində,
198 kvadrat metr sahəsi olan 4 otaqlı təmirli mənzil kirayə verilir. Mənzil 1 qonaq, 3 yataq otağı, 2 sanuzel, 2 eyvan və 1 mətbəxdən ibarətdir.
Mənzildə 4 TV, 5 kondisioner, soyuducu, qabyuyan, paltaryuyan, mikrodalğalı soba və s. məişət avadanlıqları mövcuddur.
Mənzil özü və mənzildə olan bütün mebellər, xalçalar, pərdələr təmizlik şirkəti tərəfindən təmizlənib.
Bina təhlükəsiz və infrastruktur cəhətdən çox əlverişli yerdə yerləşir.
Əmlak şirkətinin komissiyası 30% təşkil edir.